Ölkənin maddi baxımdan ən stabil klubu olan “Qarabağ” növbəti mövsüm üçün bir neçə yeni futbolçu transfer edəcək.

Lakin Rekord.az xəbər verir ki, Qurban Qurbanov tələsməməyi üstün tutur.

Hər şey komandanın çempionatdakı nəticəsindən asılı olacaq. Əgər Ağdam klubu bu dəfə də çempion adını qazansa və Çempionlar Liqasında iştirak hüququ qazansa, o zaman planlar, transferlər, transfer ediləcək futbolçuların səviyyəsi, maddı yükü buna uyğun olaraq həyata keçiriləcək. Əgər komanda çempion ola bilməsə, o zaman “Qarabağ”ın transfer siyasətində bəzi dəyişikliklər ediləcək.