![photo](https://www.rekord.az/images/default.png)
"Qarabağ" transferlərdə niyə problem yaşayır?
- 15 Avq 2023 13:00
- 653
"Qarabağ"ı tənqid edənlərin çoxu klubu yeni futbolçu almamaqda qınayır. Konkret narazılıqlar da bundan ibarət olur ki, niyə digər klublar istədiyi vaxt futbolçu ala bilir, amma "Qarabağ" yox.
Rekord.az-a daxil olan məlumatda bu suallara müəyyən qədər aydınlıq gəlib.
Verilən məlumata görə, Ağdam təmsilçisi ucuz qiymətə olan futbolçularla ünsiyyət qurmur. 100-200 minlik futbolçularla, ümumiyyətlə, maraqlanmır. Klub Avropa standartlarına yaxın futbolçular axtarır ki, bu futbolçuların da qiyməti 450-500 mindən başlayır. Azərbaycan adını eşidən kimi isə, həmin futbolçular ya bura gəlmək istəmir, ya da qiyməti iki dəfə artırır.