“Qarabağ” Türk Hava Yollarının 1 milyonluq təklifinə “yox” deyib!
- 23 Sen 2023 12:42
- 760
Ötən il Türkiyənin Dövlət Aviaşirkəti olan “Türk Hava Yolları” “Qarabağ” Futbol Klubuna sponsorluq təklifi edib.
“Rekord.az” xəbər verir ki, kluba 1 milyon avro məbləğində əməkdaşlıq təklif olunub.
Bu pulun müqabilində “Qarabağ”ın bütün matçlarında formanın önünə THY yazılması istənilib. Ancaq klub bu təklifə “yox” cavabı verib. Klubdan qarşı tərəfə bildirilib ki, bu rəqəm azdır və bu pula əməkdaşlığı qəbul etmirlər.