“Qarabağ” türkiyəli futbolçu ilə güclənir?
- 05 İyn 2020 20:00
- 677
Türkiyənin “1928 Bucaspor” klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə 20 yaşlı yarımmüdafiəçinin "Qarabağ"ın maraq dairəsində olduğu diqqətə çatdırılıb. Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.