Xəbər verdiyimiz kimi, “Qarabağ” üç legioneri ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, Vaqner da Silva, Aylton Silva və Faysal Rerras növbəti mövsümdən “Qarabağ”ın formasını geyinməyəcək. 

Bu barədə daha öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama vermişdi. Bu gün isə “Qarabağ”ın mətbuat xidməti klubun “Facebook” hesabında sözügedən oyunçuların yola salındığını rəsmən təsdiqləyib. Hər üç futbolçuya xidmətlərinə görə təşəkkür edilib.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci, Faysal Rerrasla Aylton Silva isə 2019-cu ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.