"Qarabağ" üçün 5 bənd
- 12:06
- 61
"Qarabağ" üçün avrokubok mövsümü bitdi. Bu günə qədər etdikləri üçün təşəkkür edib, görülməli olan işləri deməliyik. Beləliklə, bu cür uğursuzluqların təkrarlanmaması üçün...
1. Müdafiənin mərkəzinə 2, orta xəttə 1, hücuma azı 1 transfer edilməlidi.
2. Məşqçilər heyətinə əlavələr, hətta lazımdısa, dəyişikliklər edilməlidi. 3-4 nəfərlə işləmək dövrü arxada qalıb, bu öz yerində. Ancaq konkret problemli postlar var, ona təxirəsalınmaz müdaxilə gərəkdi. İlk növbədə standart vəziyyətlər məşqçisi olmalı, gətirilməlidi komandaya. Bu, müasir futbolun tələbi, məcburiyyətdi. Berdıyev bunu illərdi edə bilirsə, Hoca niyə etməsin? Və qapıçılarla işləyən yeni məşqçi və ya məşqçi köməkçisi gətirilməlidi. Bu gün Koxalski möhtəşəm oynadı, ancaq bu onun istedadı hesabına mümkün oldu. Onaqədərkilərin hamısındakı eniş səbəbsiz deyil.
3. Qurban Qurbanov işinə davam edəcəksə, oynatdığı futbola, prinsiplərinə əl gəzdirməli, son illərdə tətbiq etdiyi fəlsəfəyə yenidən baxmalı, düzəlişlər etməlidi. "Vur-vurum" oyununa bu heyətin potensialı, gücü çatmır, xaricindədi.
4. İllərin yığılıb-qalab psixoloji yükünün ağırlığı komandaya mane olur. Onu götürmək üçün tədbirlər görülməlidi.
5. "Qarabağ" klub olaraq qarşıdakı azı 3 il üçün yol xəritəsi hazırlamalı, icrasına indidən, bu gündən start verməlidi.
Vaxt-vədə yetişib.