Böyük Britaniya mətbuatı Asmir Beqoviçin yenidən "Qarabağ"a dönəcəyi ilə bağlı məlumat yayıb.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə bu məsələ Ağdam klubu üçün bağlanıb.

Səbəb daha əvvəl olduğu kimi, qapıçının tranfer haqqının çox yüksək olmasıdır. "Qarabağ" artıq Beqoviç dəftərini qapadıb və yeni transferlər haqda düşünür.