“Qarabağ” uşaq akademiyasına əcnəbi mütəxəssislər də dəvət edə bilər
- 24 Sen 2023 12:00
- 468
“Qarabağ” öz aşağı yaş qruplarının inkişafı üçün qurmaq istədiyi akademiyanı güclü etmək istəyir.
“Rekord.az” xəbər verir ki, bunun üçün hətta əcnəbi mütəxəssislərin cəlbi də nəzərdə tutulub.
Bu mütəxəssislər əsasən akademiyanın idarəetməsi, onun Avropa standartlarına çatdırılması üçün təməl işlərlə məşğul olacaqlar. Hazırda “Qarabağ” akademiyanın tikilməsi üçün ərazinin ayrılmasını gözləyir və bundan sonra konkret addımlar atmağa başlayacaq.