“Qarabağ” Futbol Klubu özünün uşaq akademiyasını qurmaq, uşaq futbolundakı boşluğunu doldurmaq niyyətindədir.

“Rekord.az” xəbər verir ki, klub rəhbərliyi bunun üçün ciddi maliyyə sərf etməyə hazırdır.

Belə ki, “Qarabağ” öz uşaq akademiyasının fəaliyyətinə ildə 3 milyon manata yaxın maliyyə sərf etməyi planlaşdırır.