![photo](https://www.rekord.az/storage/news/2025_02_10/8121babe_a854_3d5c_a51b_0016577f80c3_850_1739172540.jpg)
“Qarabağ” və “Bakı”dan çətin qələbə
- 10 Fev 2025 14:40
- 55
Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, turun mərkəzi matçında "Bakı" və "Azəryol" üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 28:26.
Qadınların yarışında isə 11-ci turda "Qarabağ" - "Kür" görüşü baş tutub. "Qarabağ" Mingəçevir təmsilçisini minimal hesabla üstələyib - 23:22.