![photo](https://www.rekord.az/storage/uploads/5/azerbaycanpremyerliqasi.jpg)
“Qarabağ” xal itirdi, “Netçi” ilk qələbəsini qazandı
- 27 Avq 2023 22:40
- 766
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Əvvəlcə “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edib. Paytaxt təmsilçisi ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Turun son matçında “Qarabağ”la “Kəpəz” üz-üzə gəlib. Bu oyunda isə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçəyə razılaşıb – 1:1. “Turan Tovuz” evdə “Səbail”ə 1:3, “Sabah” isə “Zirə”yə 0:1 hesabıyla məğlub olub.
Azərbaycan Premyer Liqası
4-cü tur
27 avqust
“Neftçi” – “Qəbələ” 2:0
Qollar: Rəhman Hacıyev, 45+3. Yuri Matias, 79.
Qırmızı vərəqə: Rza Cəfərov, 70.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
"Neftçi Arena", 18:30.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 25. Aaron Olanare, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ” – “Kəpəz” 1:1
Qollar: Olavio Juninyo, 9 - Cavad Kərimov, 86.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
“Azersun Arena”, 20:45.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.