"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib.


Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.


13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.


Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0.


"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.


Bu gün saat 19:30-da "Sumqayıt" - "Sabah" qarşılaşması start götürəcək.


1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.


Azərbaycan Kuboku

1/4 finalın cavab oyunu


“Qarabağ” – “Səbail” 3:1

Qollar: Musa Qurbanlı, 13 (1:0). Rüfət Abdullazadə, 15 (1:1). Emin Rüstəmov, 43-öz qapısına (2:1). Nəriman Axundzadə, 55 (3:1).

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.

Tofiq Bəhramov adına Respublika Stadionu.

İlk oyun – 1:0.


Qarabağ: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 9. Kadi Borqes, 19. Redon Cica, 15. Leandro Andrade.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 5. Gitay Sofir.

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 84. Teymur Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 14. Suleyman Alluş.