“Qarabağ” yeni ildə ilk məşqə çıxdı
- 03 Yan 2025 23:38
- 115
"Qarabağ" mövsümün qalan hissəsi üçün hazırlığa start verib.
Rekord.az xəbər verir ki, komanda bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında ilin ilk məşqinə çıxıb.
"Qarabağ" Bakıdakı toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 9-da “Kəpəz”lə, üç gün sonra isə “Zirə” ilə üz-üzə gələcək.
"Qarabağ" Premyer Liqada qış çempionu olub. Komandanın aktivində 47 xal var.