Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL Bakı səfərinə ciddi hazırlaşır. 

 

Rekord.az xəbər verir ki, Kipr mətbuatı Nikosiya təmsilçisinin paytaxtımıza 3 xal dalınca gələcəyini yazıb.

 

Həmkarlarımız əks təqdirdə, onlar üçün hər şeyin bitəcəyini vurğulayıb: "Bakıda APOEL üçün final xarakterli döyüş olacaq.

 

Çünki komanda "Qarabağ"a məğlub olarsa, növbəti mərhələ şansını itirəcək. Bu səbəbdən səfər matçında Tomas Dollun yetirmələrini yalnız qələbə qane edir. Ancaq "Qarabağ"ın yaxşı formada olması APOEL-in işini çətinləşdirir".

"Qarabağ" - APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Kiprli jurnalistlərin iddiasına görə, klub rəhbərliyi Tomas Dollın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulub. Əgər almaniyalı baş məşqçi ikinci pilləni təmin etməsə, onunla yollar ayrılacaq. Həmçinin bir sıra ödənişli futbolçular qış fasiləsində satışa çıxarılacaq.