"Qarabağ" yayda bir sıra yerilərlə yollarını ayıracaq.

Rekord.az xəbər verir ki, yeni mövsümdə legioner limiti ləğv olunacağından Ağdam klubu da heyətini buna görə quracaq.

İlk növbədə ehtiyatda qalan və müqaviləsi bitə futbolçularla yollar ayrılacaq. Müqaviləsi olanlarla da danışıqlar aparılacaq. Əldə etdiyimiz məlumata görə, komandadan ayrılmağa əsas namizədlər Bədavi Hüseynov, Bəhlul Mustafazadə və Abbas Hüseynovdu. Alerksey İsayevin hələ 2 illik müqaviləsi olduğu üçün ola bilsin daha 1 mövsüm komandada saxlanılsın. Yaxud futbolçu Azərbaycan pasportundan imtina edib "yerli" statusundan qurtula bilər. Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı və Nəriman Axunzadə isə yaşları 25-dən aşağı olduğu üçün komandada saxlanılacaq.