![photo](https://www.rekord.az/storage/uploads/5/365145015-838628647632171-670327592074015948-n.jpg)
“Qarabağ” - “Zirə” matçının biletləri bu gün satışa çıxır
- 04 Avq 2023 12:00
- 572
Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri bu gün saat 13:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.