Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun qalan oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, sabah baş tutacaq “Qarabağ” – “Zirə” matçını Rəşad Əhmədov idarə edəcək.

“Sumqayıt” – “Sabah” qarşılaşmasında isə Kamal Umudlu iş başında olacaq.

Azərbaycan Premyer Liqası
25-ci tur

4 may

“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azersun Arena”, 18:00.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Sumqayıt. “Kapital Bank Arena”, 20:15.