Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 3 görüş baş tutub.

Əslində, “Turan Tovuz”la “Araz-Naxçıvan” arasındakı oyun ötən gün keçirilmişdi. Lakin Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin güclü külək nəticəsində qırılması səbəbindən oyunun qalan 10 dəqiqəsi bu gün davam etdirilib. Yekunda Tovuz təmsilçisi inamlı qələbəyə sevinib.

“Neftçi” ilin son matçında “Kəpəz”i qəbul edib və inamlı qələbə qazanıb.

Turun və ilin son matçı isə “Zirə” ilə “Qarabağ” arasında baş tutub. Ağdam təmsilçisi səfərdən çətin qələbə ilə dönüb.

Daha öncə “Qəbələ” “Sabah”a, “Sumqayıt” isə “Səbail”ə 1:0 hesabıyla qalib gəlib.

Misli Premyer Liqası
18-ci tur

24 dekabr

“Turan Tovuz” - “Araz-Naxçıvan” 3:1
Qollar: Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16. Ayxan Hüseynov, 89 - İsmail Azzaui, 58-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Tovuz şəhər stadionu. 12:00.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.

“Neftçi” - “Kəpəz” 2:0
Qollar: Azər Salahlı, 8. Andre Şinyaşiki, 71.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
“Neftçi Arena”. 16:00.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Məşqçi: Alin-Nikolae Çita.
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

“Zirə” - “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 30.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.