Xəbər verdiyimiz kimi, "Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.

Rekord.az xəbər verir ki, bu barədə legioner özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Kolumbiyalı mərkəz müdafiəçisi Bakı Olimpiya Stadionunun şəklini paylaşıb. "Gözəldir bu dəli həyat" yazısını yazan 27 yaşlı futbolçu klubla münasibətləri rəsmiləşdirdikdən sonra yeni komandasının təlim-məşq toplanışına qoşulmaq üçün Qəbələyə yollanacaq.

"Çaves"dən transfer edilən Kevin Medinanın "Qarabağ"la 3 illik (2+1) müqavilə bağlaması gözlənilir. Sportinfo.az-ın məlumaiına görə, Azərbaycan çempionu Portuqaliya klubuna 200 min avro təzminat ödəyib.

Cənubi amerikalının özü isə ilk ilində 250 min avro qazanacaq. Komanda bu müddətdə Çempionlar Liqasının, yaxud Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanarsa, habelə, ölkə çempionu və ya kuboku əldə edərsə, ona əlavə bonuslar ödəniləcək. Bu, turnirlərin ranqına əsasən fərqlidir.