Premyer Liqanın 2023/24 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbir “Azersun Arena”da təşkil olunub.

Mükafatlar 36-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra təqdim edilib. Ardıcıl 3-cü, tarixində 11-ci dəfə olan komanda mükafatlarını alıb.

Öncə futbolçulara qızıl medallar verilib. Yeni dizaynda hazırlanan bu mükafatlar ilk dəfə özəl şou ilə təqdim olunub. Hər oyunçu medalını almaq üçün fəxri kürsüyə öz seçdiyi musiqinin sədaları altında qalxıb.

Çempionatın bombardiri Olavio Juninyoya da mükafat verilib. O, 20 qolla Premyer Liqanın ən yaxşısı olub.

Sonda “Qarabağ”a çempionluq kuboku təqdim olunub. Komanda yeni hazırlanan mükafata sahib çıxıb.

“Qarabağ” çempionatın sonuna 8 tur qalmış 1-ci yeri təmin edib. Yekunda isə komanda 36 turda 83 xal toplayıb.