Kipr millisinin sabiq yarımmüdafiəçisi Aleksandros Qarpozis AEL-in Konfrans Futbol Liqasının 3 -cü təsnifat mərhələsində "Qarabağ"a uduzduğu cavab oyununu (0:1) şərh edib.

Rekord.az "24sports"a istinadən xəbər verir ki, o bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün pis vəziyyətdə olması məğlubiyyət üçün bəhanə olmamalıdır:

"AEL ilk oyunda topa nəzarəti əldən verməsəydi, cavab oyunu tamam başqa cür olardı. Komanda qələbəyə can atırdı və düşünürəm ki, hamımız uğurun bizim tərəfimizdə olacağına inanırdıq. Məğlubiyyətə görə qazonu bəhanə etməməliyik. Meydan sahibləri stadionlarını daha yaxşı tanısa da, vəziyyət hər iki komanda üçün eyni idi".