![photo](https://www.rekord.az/storage/uploads/5/359701841-826637552164614-2806213302442587782-n.jpg)
“Qarabağ”a prezident dəstəyi
- 11 İyl 2023 11:45
- 915
“Qarabağ”ın prezidenti Tahir Gözəl Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib.
Rekord.az xəbər verir ki, klub prezidenti baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb.
Tahir Gözəl hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln”la
qarşılaşmalarda komandaya uğurlar diləyib.
Başqan bu gün baş tutacaq görüşdə komandanın yanında olacağını sözlərinə əlavə edib.