"Qarabağ"a qarşı oynamayacaq
- 10 Sen 2021 15:22
- 568
"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın (Kipr) futbolçusu Miks Diskerud Ağdam təmsilçisi ilə ilk oyunu buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə goal.philenews.com saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin ayağında sınıq aşkarlanıb. Ona görə də sözügedən oyunçu ən az 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qarabağ" və "Omoniya" arasında ilk matç sentyabrın 30-u Kiprdə olacaq.