“Qarabağ”a qarşı oyunumdan narazı qaldım. Bacarığımı nümayiş etdirə bilmədiyimi düşünürəm”.

Rekord.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun futbolçusu Natan Telya yerli mətbuata açıqlamasında deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyundan sonra Nigeriya yığmasına çağırılmasını dəyərləndirib: “Qarabağ”la görüşdən sonra insanların məni tənqid edəcəklərini düşünürdüm. Çünki pis oynamışdım. Ancaq baxdım ki, ailəm və yaxınlarım milliyə çağırıldığım üçün mənə təbrik mesajları yazıblar. Adımı yığmanın siyahısında görəndə isə şoka düşdüm. Bu, mənə özünəinam verdi”.

“Qarabağ” – “Bayer” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.