Bildiyiniz kimi, bir vaxtlar "Qarabağ" dan ayrılaraq "Partizan" a yollanan Patrik Andrade sonradan yenidən Ağdam klubuna qayıtdı.

Rekord.az xəbər verir ki, yenidən "Qarabağ"da oynamağı futbolçu özü istəyib. 

Serbiya klubuna uyğunlaşa bilməyən kobe verdeli futbolçu özü Qurban Qurbanova əlaqə saxlayaraq peşmançılığını ifadə edib və geri dönməsinə icazə verməsini xahiş edib. Həmin mövqeyə ehtiyac olduğunu da nəzərə alan Qurbanov futbolçunun xahişini yerə salmayıb.