Yayılan məlumatlara görə, "Qarabağ" zədələnərək uzun müddətə sıradan çıxan Şahruddin Məhəmmədəliyevn əvəzinə La Liqa 2-də çıxış edən "Kartaxena"dan Aaron Eskandelli transfer edə bilər.

Rekord.az xəbər verir ki, menecerlər bu qapıçının xidmətini Ağdam klubuna təklif edib.

Maraq üçün deyək ki, Eskandell "Qranada"da çıxış etdiyi vaxtlarda "Barselona"ya qarşı keçirilən İspaniya kuboku matçında Messinin cərimə zərbəsindən vurduğu zərbəni dəf etməklə gündəm olmuşdu.