“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Maqaye Qeye "Qarabağ"da 28 oyunda meydanda olub və bu matçlarda 8 qola imza atıb. Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.