“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Rekord.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb. 

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, bu komandada 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.

“Qarabağ” digər futbolçusu Adama Diakabi ilə də yollarını ayırıb. 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.