Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Leverkuzen "Bayer"iylə qarşılaşacaq "Qarabağ"da ciddi itki yaşanıb. "Rekord.az" xəbər verir ki, "köhlən atlar"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç zədələnib. O, millinin heyətindən bu vəziyyətdə qayıdıb. Bu barədə baş məşqçi Qurban Qurbanov məlumat verib.

Onun "Bayer"lə oynamaq ehtimalı yoxdu. Yankoviç azı 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.