“Qarabağ”da daha bir ciddi itki
- 21 Avq 2024 16:00
- 169
“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, buna səbəb onun ötən gecə Zaqrebdəki ilk matçda sarı vərəqə ilə cəzalandırılmasıdır.
26 yaşlı yarımmüdafiəçi cari mövsümdə avrokuboklarda 3-cü sarı vərəqəsini alıb. Nəticədə o, limiti aşıb. Buna görə də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək cavab görüşündə meydanda olmayacaq.
Ötən gecə "Dinamo" "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.