Qarabağda futbola sərmayə yatıranlar vergidən azad oluna bilər
- 07 Yan 2021 13:00
- 894
Azərbaycan Ordusu tərəfindən Qarabağda işğaldan azad olunmuş şəhər və rayonlarda futbol klubu yaradacaq və ya sponsorluq edəcək şirkətlərə vergi güzəştinin tətbiq olunması gözlənilir.
Rekord.az-ın məlumatına görə, bu məsələ hazırda müxtəlif dövlət qurumları səviyyəsində müzakirəyə çıxarılıb.
Təkliflər paketinin detalları hələ məlum deyil. Ehtimal budur ki, özəl sektorun təmsilçiləri görəcəyi işin müddətindən və miqyasından asılı olaraq, vergi ödəmələrinin əhəmiyyətli hissəsindən azad ediləcək. Bu, 5 illik də ola bilər, daha uzun müddət də. (sportinfo.az)