“Qarabağ” klubu Polşada "Legiya" ilə keçirəcəyi Avropa Liqasının pley-off matçı öncəsi itki ilə üzləşib. 

Rekord.az xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. 

Qeyd edək ki, "Qarabağ" Polşaya bu gün çarter reysi ilə yollanacaq. "Legiya" ilə qarşılaşma oktyabrın 1-də keçiriləcək.