“Qarabağ” rəhbərliyi klubun uşaq futbol akademiyası ilə bağlı tədbirlər planı işləyib.

Rekord.az xəbər, bununla əlaqədar toplantı keçirilib.

İclasda rəsmilərlə yanaşı, aşağı yaş qrupları üzrə koordinator Taceddin Doğan və onun yeni köməkçisi Öndər Karaveli iştirak edib.

U-15 komandasının baş məşqçisi Araz Bağırov vəzifəsindən uzaqlaşdırılıb. Akademiyada çalışan digər mütəxəssislərin nəzərinə çatdırılıb ki, Taceddin Doğan burada əsas söz sahibidir və onun tapşırıqlarını yerinə yetirməyənlər işini itirəcək.

Həmçinin valideynlərin şikayət etdiyi məşqçilər barədə araşdırma aparılacaq və lazımı tədbirlər görüləcək.

Müsbət hal olaraq qeyd edilib ki, əksər klublardan fərqli, «Qarabağ»ın akademiyasına düşən uşaq və yeniyetmələrin seleksiyası ədalətli şəkildə aparılır, valideynlərlə «işbirliyi» qurulmur. Çünki indiyədək hansısa məşqçinin bu yolla «çalışması» faktı aşkarlanmayıb. (sportinfo.az)