"Qarabağ" klubunda işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Əskişəhərspor"un baş məşqçisi təyin olunub.

Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Əskişəhər təmsilçisi Regional Həvəskar Liqada 42 xalla 2-ci pillədə qərarlaşıb. Komanda lider "1926 Polatlı Belediye"dən 3 xal geridədir.

Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək "Beşiktaş"da baş məşqçi vəzifəsini yerinə yetirib.