“Qarabağ” Serbiyanın “Srvena Zvezda” klubunun hücumçusu Milan Pavkovla güclənə bilər.

Rekord.az xəbər verir ki, bu barədə “B92” nəşri məlumat yayıb.

Xəbərdə Ağdam təmsilçisinin 26 yaşlı futbolçuya ciddi maraq göstərdiyi diqqətə çatdırılıb. Serb forvard da "Qarabağ"a keçməyə müsbət yanaşır. Azərbaycan çempionu Pavkovun kiçik olmayan maliyyə tələblərini yerinə yetirərsə, transfer gerçəkləşə bilər. 

Pavkov 2017-ci ildən "Srvena Zvezda"da oynanır. O, 2018/19 mövsümündə komanda ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Pavkov qrup mərhələsində "Liverpul"la görüşdə baxımlı qola imza atmışdı.