"Qarabağ"da yeni təyinat: karyerasını bu kluba həsr etmiş kapitan geri döndü
- 06 Avq 2021 15:00
- 1121
"Qarabağ"da yeni təyinat gerçəkləşib.
Rekord.az-ın məlumatına görə, klub sabiq futbolçusu Səttar Əliyevi U-19 komandasına baş məşqçi təyin edib.
O, "Qarabağ"ın ən pis günlərində futbolçu kimi komandaya xidmət edib. Veteran cinah müdafiəçisi 20 illik futbolçu karyerasının hamısını Ağdam təmsilçisində keçirib.
Əslən Ağdamdan olan sabiq futbolçu zamanında yaxşı təkliflər alsa da, cavabı birmənalı olaraq "mən "Qarabağ"ı tərk edə bilmərəm" olub.
Əliyev futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi müxtəlif illərdə "Neftçi", "Sabah" kimi komandalarda çalışıb.
O, bundan sonra özünə doğma olan "Qarabağ" üçün çalışacaq. (sportinfo.az)