“Qarabağ”dan avrokuboklarda tarixi uğur!
- 05 Noy 2021 00:08
- 427
“Qarabağ” futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
Rekord.az xəbər verir ki, buna H qrupunun digər oyununda İsveçrənin “Bazel” komandasının Kiprdə “Omoniya” ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qrupda ilk iki pillədən birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Avropa Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.