"Qarabağ"dan ayrılan futbolçu: Mənə etimad göstərilmədi"
- 10 Yan 2020 14:00
- 869
2018/2019-cu illərdə "Qarabağ"ın şərəfini qorumuş Simeon Slavçev ölkəsinin mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, Ağdam klubundan 2019-cu ilin dekabrında ayrılaraq "Levski" ilə müqavilə bağlayan Bolqarıstan yığmasının yarımmüdafiəçisi Azərbaycanda legionerlərin ikinci planda qaldığını deyib.
"Qarabağ"dakı ilk ilimdə hər şey yaxşı idi. Daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Futbolla bağlı səbəblərdən baş məşqçi mənə etimad göstərməməyə başladı. 100 faiz məşq edirdim, fərdi olaraq da hazırlaşırdım. Ancaq mənə etimad göstərilmədi ki, bu da peşəkar futbolçu üçün çox önəmlidir".
26 yaşlı futbolçu əksər ölkələrdə legionerlərin yerlilərdən sonra qiymətləndirilməsindən gileylənib: "Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda çıxış etmişəm. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir. Onlar ilk növbədə öz futbolçularını qiymətləndirirlər, sonra legionerləri. Olduğum bütün komandalarda yerli futbolçu var idisə, hər zaman ona şans verilirdi. Legionerlər isə arxa planda qalırdı. Bu amil azarkeşlərə də aiddir. Onlar öz futbolçularını tez sevirlər. Əcnəbilər üçün isə bu, xeyli çətin olur".
Slavçev "Qarabağ" 18 oyun keçirib, 2 qol vurub.