Ötən gün “Qarabağ”la yollarını ayıran Simeon Slavçevin yeni komandası müəyyənləşib.

Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını “Levski” klubunda davam etdirəcək. 

Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Bolqarıstanlı futbolçuya Türkiyə, Polşa və İtaliya klublarından maraq olsa da, onun “Levski” ilə razılıq əldə etdiyi bildirilir.

2018-ci ildən “köhlən atlar”ın şərəfini qoruyan və  hazırda azad agent olan Slavçevin adı “Lex”lə də hallanırdı.