2019/20 mövsümünün sonunda “Qarabağ”dan ayrılan Maqaye Qeyenin yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu bundan sonra Rumıniyanın "Dinamo" klubunun uğurları üçün çalışacaq.

Bu barədə Buxarest təmsilçisinin baş məşqçisi Kosmin Kontra məlumat verib. 45 yaşlı mütəxəssis Qeye ilə müqavilə imzalandığını bildirib. Kontranın sözlərinə görə, 30 yaşlı forvard milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydana çıxmağa hazır olacaq.

Qeyd edək ki, Qeye ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub.