![photo](https://www.rekord.az/storage/uploads/5/q-63.jpg)
“Qarabağ”dan azarkeşlərə müraciət - VİDEO
- 28 İyl 2023 23:59
- 481
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın “YouTube” kanalı oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:
“Əziz azarkeşlərimiz!
“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!
Milyonlarla ürək yenə eyni döyünəcək!
Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!
Biz birlikdə “Qarabağ”ıq!”
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.