Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Şabab Əl-Əhli” (BƏƏ) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar" günün ilk yoxlama oyununda Xorvatiya təmsilçisi "Slaven"lə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Daha öncə “Qarabağ” Çexiyanın “Viktoriya” (Plzen) komandasına da qalib (2:1) gəlmiş, Almaniya təmsilçisi “Kayzerslautern”ə (1:3) uduzmuşdu.