“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, Ağdam klubu qonşu ölkədə dördüncü günü tək məşqlə başa vurub. 

Yerli vaxtla saat 17:30-da start götürən məşq təxminən saat yarım davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Hazırlıq toplu çalışmalarla başa çatıb.