
“Qarabağ”dan inamlı qələbə
- 08 Mar 2025 20:59
- 73
Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
Lider “Qarabağ” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Oyunu Kamal Umudlu idarə edib. Dörd qolun qeydə alındığı görüşün yekununda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.
“Şamaxı” – “Sabah” və “Zirə” – “Səbail” oyunları mart 9-da, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə ayın 10-da keçiriləcək.
Misli Premyer Liqası
26-cı tur
8 mart
“Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Qırmızı vərəqə: Felipe Santos, 82.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.