"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu 1-ci təsnifat mərhələsinin ilk oyununda Cəbəllüttariqin "Linkoln" komandasının qonağı olub. 

"Viktoriya" stadionunda oynanılan matçı latviyalı FIFA referisi Vitali Spasyonnikov idarə edib. Qarşılaşma isə Azərbaycan çempionunun əzmkar qələbəsiylə başa çatıb.

Bu komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu

11 iyul

"Linkoln" - "Qarabağ" 1:2
Qol: K.Qomes, 25 - R.Cica, 58. Y.Benzya, 90+4.
Hakimlər: Vitali Spasyonikov, Raymond Tatrik, Artur Sakurov Aleksandr Anufriyev (hamısı Latviya)
"Viktoriya" stadionu.

Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.