“Qarabağ”dan Mahir Emreli açıqlaması
- 07 Okt 2019 18:44
- 1244
Dünən Premyer Liqanın 7-ci turu çərçivəsində “Sabah”la matçda zədələnərək oyunu erkən tərk edən “Qarabağ”ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Bu üzdən Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, bu səbəbdən Mahir Azərbaycan yığmasının heyətindən də çıxarılıb.