"Qarabağ"dan Mahir Emreliyə 450 minlik təklif?
- 19 Fev 2021 12:00
- 889
«Qarabağ» rəhbərliyi Mahir Emreliyə yeni müqavilə şərtləri təkli edib.
Rekord.az xəbər verir ki, millinin hücumçusu razılıq versə, 2015-ci ildən formasını geyindiyi Ağdam klubunun ən yüksək ödənişli üzvlərindən biri olacaq.
Belə ki, ona təklif olunan illik məbləğ 450 min manatdır.
23 yaşlı forvardın sözləşməsi mövsümün sonunda bitəcək. Azərbaycan çempionu ötən 1-2 ay ərzində ona bir neçə dəfə danışıqlar aparmağı məsləhət görüb.
Fəqət Mahir yayı nişan verərək, gözləməyi üstün tutub. Belə etməsinin səbəbi var – ona müxtəlif ölkələrdən təkliflər gəlib. Özü də, nəhayət, legioner həyatı yaşamaq niyyətindədir. Türkiyə, Polşa, İspaniya, Belçika, Portuqaliya – Emrelinin gözü bu yerlərdədir. (sportimnfo.az)