"Qarabağ"dan mətbuat katibi postu ilə bağlı açıqlama
- 11 Sen 2023 15:00
- 655
Son günlər mətbuatda "Qarabağ"ın mətbuat katibi ilə bağlı bəzi məlumatlar yayılır. Məlumatlara görə, klubdan ayrılan Gündüz Abbaszadəni "Qəbələ"də eyni postu tutan Anar Hacıyev əvəzləyəcək.
Lakin Rekord.az-a açıqlama verən "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl yayılan məlumatları təsdiqləmədi.
Onun fikirlərini olduğu kimi təqdim edirik: "Bu məsələ hələ ki, açıq olaraq qalır. Yaxın günlərdə bu məsələni həll edəcəyik və bununla bağlı ictimaiyyətə də məlumat veriləcək".