“Qarabağ”dan son 17 ilin ən yaxşı nəticəsi
- 04 Mar 2021 16:30
- 1021
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi 42 qol vurub.
Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,33-ə bərabərdir. Bu, son 17 mövsümün mütləq rekordudur. 2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.
Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.