"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun qanalı hücumçusu Abdul-Aziz Yakubu ilə razılığa gəldikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, Qol.az-a açıqlamasında bildirib ki, maraqlandıqları futbolçuları çox olsa da, hələ heç biri ilə razılığa gəlməyiblər: "Bizə təklif olunan, maraqlandığımız futbolçular çoxdur. Ancaq hal-hazırda heç kəslə razılıq əldə olunmayıb".

Qeyd edək ki, Ağdam təmsilçisinin Yakubu ilə 4 illik müqavilə imzalayacağı xəbəri yayılıb.